Söyüd tumurcuğu çayı ilə bu xəstəliklərdən azad olun İndi tam mövsümüdür


Digərləri 01 Apr 2019 23:52:00 326 0

Söyüd tumurcuğu çayı ilə bu xəstəliklərdən azad olun  İndi tam mövsümüdür

Hər faydalı bitki dərman hesab edilə bilməz. Dərman bitkilərinin istifadəsi zamanı isə dozanı dəqiqliklə tətbiq etmək lazımdır.

Son.az medicina.az-a istinadən bildirir ki, söyüd ağacı dərman bitkisi kimi istifadə edilə bilən bitkilərdən biridir.

Söyüd ağacı ölkəmizdə də kifayət qədər tanınır. Bu ağac gözəl görünüşə malik olması ilə yanaşı həm də faydalıdır. 

Dərman məqsədilə söyüdün bir çox hissələrindən, budaqlarından, yarpaqlarından, hətta çiçəklərindən istifadə edilir. Bu bitki qızdırmasalıcı, ağrıkəsici, qankəsici, ödqovucu xüsusiyyətlərə malikdir. Bu bitkinin tumurcuqları çox miqdarda vitaminə malikdir.

Yazın gəldiyi və immunitetin düşdüyü bir vaxtda söyüd tunurcuğundan hazırlanan çay əsil çarə ola bilər.