Təkcə xərçəng xəstəliyi təşviş yaratmır, bunun əksi də baş verir


Digərləri 01 Apr 2019 23:59:00 251 0

Təkcə xərçəng xəstəliyi təşviş yaratmır, bunun əksi də baş verir

Hər bir insan öz həyatının bu və digər dövründə streslə qarşılaşır. Bir çoxları stress halını hər gün, xüsusən də işdə və evdə yaşayırlar. Lakin stress və həyəcanlı vəziyyət - bunlar eyni hal deyildir. Təşviş hissi hər hansı, bəzən hətta izahedilməz və müəyyən edilməyən məsələ üzrə daimi və yüksək narahatlıq kimi xarakterizə olunur. Dünyada təxminən 264 milyon insan (bu, planet əhalisinin 4 faizinə bərabərdir) izahedilməz təşviş vəziyyətində yaşayır.

Təşviş vəziyyətinin orqanizmdə onkoloji xəstəliyin inkişafına şərait yarada bilməsi bir çoxlarını maraqlandıran məsələdir. Bu, mümkündürmü?

Təhlükəli diaqnozun qoyulmasının insanın şüurunda təşviş hissləri yarada biləcəyi birmənalıdır. Lakin bunun əksi mümkündürmü? Bəs daimi narahatlıq xərçəng xəstəliyini yarada bilərmi?