Yazın ən böyük təhlükəsi


Digərləri 01 Apr 2019 23:23:00 238 0

Yazın ən böyük təhlükəsi

Gözünüzün sağlamlığı üçün vacib amillərdən biri də günəş eynəyinin düzgün seçilməsidir.

Son.az medicina.az-a istinadən bildirir ki, uşaqlar da mütləq gün eynəyindən istifadə etməlidir.

Günəşin şüalarının çıxdığı vaxta diqqət... 

Atmosferdə, ozon qatında baş verənlər nəticəsində yerə zərərli günəş şüalarının düşdüyü məlumdur.  İşığın daha çox təmas etdiyi yerlər yaz aylarında günəş şüalarının daha çox olduğu dəniz kənarı, qarla örtülü bölgələr və ya yüksək təbəqəli yerlərdir.

Araşdırmalara görə, yaşlandıqca dəri və göz problemlərinin ortaya çıxmasına səbəb uşaq yaşlarında ultrabənövşəyi şüalara məruz qalmaqdır. Uşaqlar və yeniyetmələr zamanlarının çoxunu çöldə keçirdiyi üçün onlarda daha çox ultrabənövşəyi şüalara rast gəlinir. 

Günəş şüalarından qorunmağın ən yaxşı yolu papaqlardan istifadə etməkdir. Bu, günəş şüalarından qorunmağın ən sadə üsuludur və şüanın yarısının önünü kəsir. Ancaq günəş şüalarının daha çox olduğu sahillərdə mütləq günəş eynəklərindən istifadə olunmalıdır.