Rubensin əsərinin itirilmiş eskizi 1,3 milyon avroya satılıb


Digərləri 01 Apr 2019 22:06:00 279 0

Rubensin əsərinin itirilmiş eskizi 1,3 milyon avroya satılıb

Böyük flamand rəssamı Piter Paul Rubensin (1577-1640) itirilmiş eskizlərindən biri Fransada, "Mercier & CIE" hərrac evində 1,3 milyon avroya satılıb. Rəssam bu eskizlər əsasında şagirdləri ilə birlikdə Antverpendəki iyezuit kilsəsinin günbəzini bəzəyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "France 3" telekanalının yaydığı məlumata görə, əsəri belçikalı kolleksiyaçı alıb. Eskizin ilkin hərrac qiyməti 200 min avro olub.

Hərrac evinin müdiri Patrik Deqine deyib: "Rubens 1620-ci ilin martında hər birinin ölçüsü 3x4 metr olan 39 tablo üçün sifariş alıb. Rəssam və onun 30 köməkçisi bu sifarişi yerinə yetirmək üçün bir çalışıb. Rubens şagirdlərinə kömək etmək üçün eskizlər çəkib. Tabloların sayı 39 olduğu halda, biz 33-nü aşkar etmişik. Bu, itirilmiş eskizlərin altıncısıdır".