Güclü külək, qar və çovğun Gürcüstanda ciddi fəsadlar törədib


Dünya 01 Apr 2019 21:45:00 237 0

Güclü külək, qar və çovğun Gürcüstanda ciddi fəsadlar törədib

Son iki gündə havaların kəskin dəyişməsi - güclü külək, çovğun, yağış və qar yağması Gürcüstan paytaxtında və bölgələrində ciddi fəsadlar törədib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, torpaq sürüşməsi nəticəsində paytaxt Tbilisinin Çavçavadze küçəsində iki nəfər uçqunlar altında qalaraq ölüb.

Paytaxtın bəzi ərazilərində külək ağacları aşırıb.

Ən böyük ziyan Qərbi Gürcüstanın İmereti bölgəsinə dəyib. Güclü külək 17 evin damını uçurub, 15 ağacı kökündən qopardıb.