İranın şərqində 1 tonadək narkotik aşkarlandı


Dünya 01 Apr 2019 18:59:00 200 0

İranın şərqində 1 tonadək narkotik aşkarlandı

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı və Cənubi Xorasan vilayətlərinin sərhədçiləri 1 tona yaxın narkotik maddə aşkarlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Rəzəvi Xorasanı sərhəd xidmətinin rəisi Maşallah Cannesar deyib.

M.Cannesarın sözlərinə görə, əməliyyat nəticəsində 943 kq tiryək, 46 kq həşiş və bir ədəd ov silahı aşkarlanaraq götürülüb.