Lüt qızların videosu haqda Flora Kərimova od püskürdü


Şou-biznes 01 Apr 2019 18:29:00 382 0

Lüt qızların videosu haqda Flora Kərimova od püskürdü

Xalq artisti Flora Kərimova dünəndən sosial şəbəkələri "bəzəyən" 3 qızın məlum videosu ilə bağlı kəskin açıqlama verib.

Son.az News24.az-a istinadən bildirir ki, F. Kərimova sosial şəbəkə hesabından bunları yazıb:

"Buyurun millət!!!

Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burda", "nə oxuyub ki", " niyə qarışırsız", "mənə dəxli var?" deyib keçdiyinizin əks-sədasıdır. 

Gözəl Cin atalar sözü var - "Bir mıx, bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igitsə bir ordunu məhv edər".

İndi Durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganəliklə 31 mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə...