Yaqub Mahmudov: Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır


Digərləri 01 Apr 2019 18:25:00 184 0

Yaqub Mahmudov: Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır

Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik.

Bakı. İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər. Trend-in məlumatına görtə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib. Y.Mahmudov bildirib ki, sovet dönəmində soyqırımı cəlladlarını qəhrəman kimi təqdim ediblər: “Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər. 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub. 2009-cu ilin yanvar ayında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus məzarlar şəhər qəbristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra institutda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və elmi araşdırmalara başlanılmışdır. Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş şəkildə və planlı surətdə Azərbaycan xalqına qarşı kütləvi soyqırım cinayəti həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, ləzgilər, tatarlar, talışlar, avarlar, kürdlər və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilib”.