Paşinyan Putinə Vyana görüşü barədə hesabat verdi


Dünya 01 Apr 2019 16:09:00 257 0

Paşinyan Putinə Vyana görüşü barədə hesabat verdi

Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə martın 29-da Avstriyanın paytaxtı Vyanada keçirilən ilk rəsmi görüşün təfərrüatları barədə məlumat verib. 

Tərəflər həmçinin, aprelin 4-də Moskvada baş tutacaq Rusiya- Ermənistan Hökumətlərarası Komissiyasının iclasını da müzakirə ediblər.