Azərbaycanlı qadınları aldadıb Türkiyəyə apararaq satıb


Digərləri 01 Apr 2019 10:10:00 260 0

Azərbaycanlı qadınları aldadıb Türkiyəyə apararaq satıb

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan qadın hakim qarşısına çıxarılıb.

Son.az minval.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.

Məlum olub ki, Günay Seyfullayevanın əməllərindən idarəyə bir neçə qadın müraciət edib. Zərərçəkmiş qadınların müraciəti araşdırılıb, Günay Seyfullayevanın törətdiyi əməllər təsdiq olunub.