“Telegram” messenceri yenilənib


Digərləri 31 Mar 2019 23:20:00 297 0

“Telegram” messenceri yenilənib

"Telegram" messenceri şəxsi yazışmanın idarə edilməsinə dair yeni ayarları və təkmilləşmiş axtarışı olan yenilənmiş versiyasını təqdim edib.

Son.az insider.az-a istinadən bildirir ki, "Telegram 5.5"-də istifadəçilər şəxsi yazışmaya nəzarət etmək üçün yeni imkanlar əldə ediblər. Əgər daha əvvəl "Mesajı silmək" funksiyası ilə istifadəçi ancaq 48 saat ərzində öz göndərdiyi mesajı silə bilirdisə, indi artıq zaman məhdudiyyəti olmadan istənilən qəbul edilmiş və ya göndərilmiş mesajı silə biləcək. Bununla yanaşı mesaj həmsöhbətçidə də itəcək.

Konfidensiallığı artırmaq məqsədilə tərtibatçılar mesajların yollanmasını məhdudlaşdıran funksiya da yaradıblar. Bu funksiyanı aktivləşdirdikdə, yönləndirilmiş mesajda müəllifin adına tıklamaq mümkün olmayacaq. Həmçinin profil şəklinə baxışı söndürmək imkanı da yaranıb.

"Ayarlar" bölümü də yenilənib - artıq yeni axtarışla messencerin lazımi funksiyalarını daha cəld tapmaq olacaq. Axtarışda bundan sonra "FAQ"-dakı ən tez-tez verilən suallara olan cavablar görüləcək.