Xırdalanda 4 otaqlı ev yanıb


Digərləri 31 Mar 2019 22:13:00 264 0

Xırdalanda 4 otaqlı ev yanıb

Abşeron rayonunda yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 125 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxində mebel 2 m² sahədə və elektrik sobası yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.