Kiyevdə 50 milyon dollar dəyərində heroin aşkarlanıb


Dünya 31 Mar 2019 21:39:00 209 0

Kiyevdə 50 milyon dollar dəyərində heroin aşkarlanıb

Ukraynanın Kiyev vilayətində 600 kiloqram çəkidə heroin aşkarlanaraq götürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukraynanın Milli Polisinin sədri Serqey Knyazev məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyat zamanı 4 nəfər - Moldova, Türkiyə və iki Şimali Makedoniya vətəndaşı saxlanılıb. Onlar Kiyev ətrafında narkotik vasitələrin saxlanması üçün anbar kirayə ediblər.