Çaydanı ərpdən təmizləyirik.


Digərləri 31 Mar 2019 21:05:00 221 0

Çaydanı ərpdən təmizləyirik.

Çaydanlarda tez-tez ərp yığılır. Dükanlarda ərpi təmizləmək üçün xüsusi vasitələr satılır.

Son.az evdarliq.az-a istinadən bildirir ki, lakin adi, hər evdə olan təbii vasitələr bizə bu işdə çox yaxşı kömək edə bilər.

Ərpi bu kimi sadə üsullarla təmizləmək olar.

1. Sirkə

Çaydana su tökün,  100 ml sirkə əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Daha sonra çaydanı yaxşı təmizləyin, 2 dəfə təmiz su töküb qaynadın və boşaldın ki, sirkənin qalıqları çayınıza düşməsin.

2. Soda

Çaydana su doldurun, 3 xörək qaşığı soda əlavə edin və vam odda 30 dəqiqə ərzində qaynadın. Daha sonra çaydanı yaxşı yuyun və 2 dəfə su qaynadıb boşaldın.