Teslanın anasına yazdığı son məktub


Digərləri 31 Mar 2019 19:50:00 253 0

Teslanın anasına yazdığı son məktub

Hər səhər yeməyindən öncə yeni bir ixtira edəcəyinə inanan Teslanın təxminən 300 icadının olduğu bilinir. Bu icadlardan biri olan alternativ cərəyanla bağlı Tomas Edison ilə danışmağa getdiyində Edisonun cavabı belə olmuşdu: "Vaxtını hədər etmisən, alternativ cərəyanın gələcəyi yoxdur". Gözlədiyini əldə edə bilməyən Teslanın həyatı çətinliklər içində keçmiş və yaşamaq üçün gündəlik işlərdə işləmək məcburiyyətində qalmışdı.

Son.az moneta.az-a istinadən bildirir ki, əfsanəvi elm adamı anası Duka Teslaya bir çox məktub yazmış və son məktublarında ABŞ-dakı kədərini, peşmanlığını və məyusluğunu ifadə etmişdi.

Hiss etdiyim tək şey alçaldılma duyğusudur.

"İnsanlığa xidmət etdiyim bu illər mənə ancaq alçaldılma duyğusu və təhqir gətirdi. Son günlər gecə vaxtı çöldən gələn dua səsləri eşidirəm, ancaq qapını açan zaman heç kimi görə bilmirəm. Sənin necə olduğunu belə bilmirəm, amma yaxşı olmadığını bilirəm. Kaş ki, yanımda ola bilsəydin..."

Tək insan dünyanı dəyişdirmir

"Ağlıma yenə sən gəlirsən ana, mütəmadi olaraq eyni hüzün və kədər içindəyəm. Artıq yaxşı olmadığından əminəm. Çünki yenə eyni -eyni kədər səslərini eşidirəm, oyaq ikən belə eşidirəm".