Meksikada 15 avtomobilin iştirakı ilə qəza olub, ölənlər var


Dünya 31 Mar 2019 19:37:00 224 0

Meksikada 15 avtomobilin iştirakı ilə qəza olub, ölənlər var

Meksikanın Verakrus ştatında 15 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Verakrus-Kardel avtomobil yolunda baş verən qəza nəticəsində 2-si uşaq olmaqla 5 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Hadisə yerində xilasedicilər, polis və yanğınsöndürənlər cəlb edilib. Xəsarət alanlardan bəzilərihelikopter vasitəsi ilə təxliyə edilib.