1918ci ilin mart soyqrımında məqsəd türklərin kökünü kəsmək idi


Digərləri 31 Mar 2019 14:32:00 257 0

1918ci ilin mart soyqrımında məqsəd türklərin kökünü kəsmək idi

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır

Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımının 101-ci dönümüdür.

Son.az bildirir ki, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynovun Sputnik Azərbaycan-a dediyinə görə, 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır:

"Bu hadisələrin beynəlxalq səviyyədə tanıtmaq borcumuzdur. Soyqırımın kənardan havadarları var idi. Onun məqsədi bu ərazidə müstəqil respublikanın yaranmasına əngəl olmaq idi. Bütün əngəllərə baxamayaraq biz müsəlman şərqində ilk respublikanı yaratmışıq. Sözsüz ki, mart hadisələri və ondan sonra elan olunan müstəqilliyimiz birgə tədqiq edilməlidir".