Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi
Digərləri 31 Mar 2019 11:55:21 415 0
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-ci il martın 30-da Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Bakı. Samir Əli -
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-ci il martın 30-da Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Trend-ə verilən məlumata görə, Vəkillər Kollegiyası ilə birgə keçirilən imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Mənbə: az.trend.az