Avropanın ən güclü orduları açıqlandı


Dünya 31 Mar 2019 11:18:00 344 0

Avropanın ən güclü orduları açıqlandı

"Global Firepower" internet saytı Avropanın ən güclü ordusuna sahib ölkələrin adlarını açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu siyahıda ilk yerdə Fransa qərarlaşıb. İkinci, üçüncü və dördüncü yerləri İngiltərə, Türkiyə və Almaniya tutub.

Siyahıda 5-ci yerdə İtaliya, 6-cı yerdə İspaniya, 7-ci yerdə Polşa, 8-ci yerdə Yunanıstan, 9-cu yerdə Çexiya, 10-cu yerdə isə İsveç qərarlaşıb.