İranda dəhşətli QƏTL: kişi həyat yoldaşının ailəsini güllələyib:


Dünya 31 Mar 2019 10:54:00 292 0

İranda dəhşətli QƏTL: kişi həyat yoldaşının ailəsini güllələyib:

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Dezful rayonunda kişi həyat yoldaşının ailəsini "Kalaşnikov" markalı silahdan güllələyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Dezful rayonunun polis rəisi polkovnik Hüseyn Eydi deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 1 nəfər isə yaralanıb: "Onlardan 7-si hadisə yerində, 2-si isə daha sonra xəstəxanada həlak olub. Ailəni güllələyən şəxs özünü də öldürməyə cəhd edib, hazırda o ağır yaralıdır".