Kök insanlar üçün


Digərləri 30 Mar 2019 23:35:00 331 0

Kök insanlar üçün

Müasir dövrdə dünyada on milyonlarla insan köklükdən əziyyət çəkir

Son.az Ərşad Əzimzadənin "Möcüzəsiz möcüzə" kitabından kök insanlar üçün qida menyusunu təqdim edir: Köklük-xəstəliyin ən qabarıq zahiri əlamətidir.

Kökəlməyə başlayan adam artıq sağlam deyil: onun bədəninə, daxili orqanların normal işləməsinə mane olan, 8-25 kiloqram şlak yığılıb. Belə adam bədənini mikrob yuvasından təmizləmək üçün mütləq arıqlamalıdır.lakin düzgün qidalanma üzərində qurulmayan arıqlamaq əks nəticə verər. Bunu nəzərə alaraq, kök adamların diqqətinə aşağıdakı menyuları təqdim edirik:

Birinci menyu

Salat günü: pomidor,xiyar, kələm, kök, kahı yarpaqları ilə kifayətlənmək. 1,2 -1,5 kq tərəvəzi 5 paya bölmək, üstünə bitki yağı töküb yemək.

Alma günü: 1,5 kq almanı 5-6 paya bölüb, 2 stəkan yaxşı yetişmiş təzə pomidor şirəsi ilə qarışdırmaq.

Kəsmik günü: 100-120 q yağsız, yaxud az yağlı kəsmiyə günəbaxan (yaxud zeytun) yağı,narın sürtülmüş tərəvəz (kələm, kök, turp), ya da turş meyvə,qoz,yaxud fındıq, yaxud badam əlavə edib yemək, 2-3 stəkan yaşıl çay, yaxud itburnu (moruq, qarağat) yarpağından və giləsindən dəmlənmiş çay içmək.

Balıq günü: 200-300 q balığı suda, yaxud odda kabab şəkilində bişirib, tərəvəz salatı ilə yemək, 2-3 stəkan yaşıl çay, yaxud itburnu(moruq,qarağat) çayı içmək.