Şəkəri nə ilə əvəz etmək olar?


Digərləri 30 Mar 2019 22:20:00 291 0

Şəkəri nə ilə əvəz etmək olar?

İşlənmiş şəkərin ziyanları barədə çoxlarımız məlumatlıyıq. Amma buna baxmayaraq, gündəlik qidalanmada şəkər, işlənmiş şəkərlə zəngin olan məhsullardan geniş istifadə olunur. Mütəxəssislərsə hər zaman işlənmiş şəkər yerinə təbii qidalardan istifadənin zəruriliyini vurğulayırlar. Yeməklərə, şirniyyatlara şəkərin dadını verən bir çox təbii qidalar var. Bəs onlar hansılardır?

Bal

Son.az e-tibb.az-a istinadən bildirir ki, bal təbii şəkərlə çox zəngindir, vitamin və mineral mənbəyidir. Şəkər yerinə yeməklərə, şirniyyatlara qatılmalı olan şəkərin 3/4-ü qədər bal vurula bilər.

Banan

Banan yeməklərə xüsusi dad verəcək bol miqdarda təbii şəkər mənbəyidir.

Şirniyyatlara banan əlavə etsəniz yanılmazsınız. Yetişməmiş bananları sobada qəhvəyi rəng alana qədər isidib istifadə etsəniz heç şəkər lazım olmadığını görəcəksiniz.

Duz

Şəkər yerinə duz istifadə etmək bəlkə də təəccüblü görünə bilər. Onsuz da əksər şirniyyat reseptlərində bir qədər duz olur. Bu, duzun qidaların təbii şəkərini ortaya çıxara bilmə və turşməzə dadı azaltma qabiliyyəti ilə bağlıdır.

Şirniyyata vurulan ədviyyatlar da şəkəri əvəz edə bilir. Bu sırada öndə darçın gəlir. Hil, razyana kimi ədviyyatlar da eyni xüsusiyyətə malikdir.