Hemoqlobini artıran


Digərləri 30 Mar 2019 21:35:00 201 0

Hemoqlobini artıran

Qanın tərkibində hemoqlobinin miqdarının azalmasına müəyyən faktorlar səbəb ola bilər. Hemoqlobinin miqdarını müxtəlif üsullarla artırmaq mümkündür. Ən yaxşı üsul isə müəyyən ərzaqlardan istifadə etməkdir.

Bu ərzaqların siyahısını təqdim edirik:

1. Qaraciyər

Son.az ölkə.az-a istinadən bildirir ki, istənilən heyvanın və toyuğun qaraciyəri dəmirlə zəngindir. Hemoqlobin azlığından əziyyət çəkən insanlar gündəlik menyularına qaraciyər daxil etməlidilər. Qaraciyəri ya qaynadıb, ya da yüngülvari qızardıb yemək lazımdır.

2. Ət

Hemoqlobinin miqdarını bərpa etmək və zəifləmiş orqanizmi dirçəltmək üçün ət çox vacib qidadır. Ətin tərkibində dəmir və zülalın miqdarı kifayət qədərdir və hüceyrələrə normaya qədər bərpa olunmaya kömək edir. Bitki tərkibli qidaların tərkibində bu göstəricilər 4 dəfə azdır.

3. Nar

Müntəzəm olaraq nar yemək hemoqlobinin səviyyəsini normada saxlamağa kömək edir. Nar şirəsi isə hemoqlobinin səviyyəsini artırmağa şərait yaradır. Nar şirəsini dükandan almaq lazım deyil. Narı sıxıb suyunu içmək daha faydalıdır. Mədə problemi olan şəxslərə isə nar məsləhət deyil.

4. Çuğundur

Əgər orqanizmdə dəmir azlığı varsa, çiy və qaynadılmış çuğundurdan istifadə edin. Ay ərzində 30 qram çuğundur şirəsi, 100 qram qaynadılmış çuğundur hemoqlobin miqdarını kifayət qədər artırır. Çuğundurun şirəsini 40 dəqiqə soyuducuda saxlayıb sonra qəbul etmək lazımdır.

5. Buğda kəpəyi

100 qram buğda kəpəyinin tərkibində 15 ml dəmir, B qrupu vitaminləri var. Bu vitaminlər isə hemoqlobin sintezində iştirak edir. Amma bu qidanı da həddən artıq istifadə etmək həzm sisteminin problemlərinə səbəb ola bilər. Bu səbəbdən gün ərzində 30 qramdan çox istifadə etmək məsləhət görülmür.