Allergiyaya qarşı faydalı bitki və meyvələr


Digərləri 30 Mar 2019 21:20:00 234 0

Allergiyaya qarşı faydalı bitki və meyvələr

Yazın gəlməsi ilə allergiyalı şəxslərin narahatlıqları da artmağa başlayır. Asqırma, burun axma, gözlərdə sulanma, qaşınma və qızartı, nəfəs darlığı kimi problemlər baharın gözəlliyindən zövq almağa belə, imkan vermir. Mart ayında başlayan bu durum yaya kimi davam edir. Təbii ki, ilk olaraq həkimə müraciət edib, müalicəni axsatmamaq lazımdır. Ancaq bəzi bitki və meyvələrlə allergiyanın əlamətlərini azaltmaq da olar.

Evkalipt

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu bitki ilə allergiyanı sakitləşdirəcək qarqara hazırlaya bilərsiniz. Sinusit və bronxit zamanı da təsirli olan evkaliptlə hazırlanan qarqara allergik xəstəliklərə də kömək edir. Yarım litr suyun içinə 2 çay qaşığı dəniz duzu və xırda doğranmış evkalipt əlavə edərək, qarışdırın və qarqara kimi istifadə edin.

Gicitkən  

Antibiotik xüsusiyyətinə malik olan gicitkəni yemək, yaxud çay şəklində qəbul edə bilərsiniz. Yarım litr qaynar suyun içinə bir çay qaşığı qurudulmuş gicitkən otu atın və 10 dəqiqə dəmlədin.

Biyan kökü

Qrip və allergik infeksiyalarda olduqca faydalıdır. Biyan kökündən hazırlanan çay sizə güc verən eliksir kimi təsir edəcək. Bu çayla yaz allergiyasını minimum endirmək mümkündür. Bir dəmlik çaydanın suyunu qaynadın. Üzərinə 1 çay qaşığı rəndələnmiş biyan kökü tökün. 8 dəqiqə dəm alandan sonra içə bilərsiniz.