Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi


Digərləri 30 Mar 2019 16:47:00 228 0

Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Son.az bildirir ki, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.