İdmançımız Sahib Əhədov Avropa çempionatının finalında (FOTO)


Digərləri 30 Mar 2019 14:32:57 492 0

İdmançımız Sahib Əhədov Avropa çempionatının finalında (FOTO)

Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.

Bakı. Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib. Trend-in məlumatına görə, gözdən zəif idmançılar arasında 3 idmançıdan ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.