"Diqlas"dakı yanğında zərərçəkən sahibkarlara güzəştli kreditlər verilir


Digərləri 30 Mar 2019 14:26:00 393 0

"Diqlas"dakı yanğında zərərçəkən sahibkarlara güzəştli kreditlər verilir

Əvvəlcədən məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhəri, Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Qəbul İşçi Qrupu tərəfindən ziyan dəymiş sahibkarların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda həyata keçirilir.

Bununla bağlı, martın 29-da 142 sahibkar fərdi qaydada qəbul edilib, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 000 kv.m olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.