Yağışlar çaylarda suyun səviyyəsinə təsir etdi


Digərləri 30 Mar 2019 09:21:00 174 0

Yağışlar çaylarda suyun səviyyəsinə təsir etdi

Çaylarda suyun səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-160 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 420 kub/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edib.