2030cu ildə 8 milyon insan kosmosa uca biləcək


Digərləri 30 Mar 2019 08:55:00 227 0

2030cu ildə 8 milyon insan kosmosa uca biləcək

Raket vasitəsilə Nyu Yorkdan Şanxaya 15 saat əvəzinə 40 dəqiqəyə çatmaq mümkün olacaq. Milyonlarla sərnişin öz vaxtlarına qənaət etmək istəyəcək və buna görə də onlar adi təyyarələrdən kosmik aparatlara keçid edəcəklər. Bu cür proqnozu UBS bankı verib.

Son.az technote.az-a istinadən bildirir ki, kosmik xidmətlər bazarı hal hazırda 400 milyard dollar dəyərində qiymətləndirilir. Lakin UBS bankının proqnozuna əsasən 2030-cu ilə kimi onun dəyəri 2 dəfə böyüyəcək. Yaxın onilliklər ərzində kosmik turizm sahəsi çox böyük məşhurluq qazanacq. Kosmos sərhədinə olacaq qısamüddətli əyləncəli uçuşlar yeni sahənin inkişafına təkan verəcək. Söhbət, raketlər vasitəsilə sürətli suborbital uçuşlardan gedir.

"Hələki kosmik turizm yaranma mərhələsindədir. Lakin texnologiyalar irimiqyaslı səviyyəyə çatandan və qiymətlər aşağı düşəndən sonra bu sahə çox məşhur olacaq" - deyə mütəxəssislər qeyd edirlər. SpaceX şirkəti artıq bu cür planı hazırlayır. Elon Musk-ın şirkəti hələ 2017-ci ildə elan etmişdi ki, onun çoxistifadəli Starship kosmik gəmisi bir neçə dəqiqə ərzində yüzlərlə sərnişini Yer kürəsinin bir nöqtəsindən digərinə çatdıra biləcək. İlk növbədə Starship Mars və Aya uçuşlar üçün istifadə olunacaq. Lakin kontinentlərarası uçuşlar üçün də bu kosmik gəmi yarayar. SpaceX söz verir ki, bu cür üsulla Nyu Yorkdan Şanxaya 40 dəqiqəyə çatmaq olacaq. Adi təyyarə ilə bu cür uçuş 15 saatdan bir qədər çox müddətə reallaşdırılır.