Əşyalar internetinə edilən hücumlar çoxalıb


Digərləri 30 Mar 2019 07:51:00 193 0

Əşyalar internetinə edilən hücumlar çoxalıb

Şəbəkə təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış "SonicWall" şirkətinin məlumatına görə, 2018-ci ildə əşyalar interneti (IoT) qurğularına 32,7 milyon kiberhücum qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 3 dəfə çoxdur.   Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, IoT-avadanlıqlar botnet hücumlarda istifadə üçün yarayır, çünki istifadəçilər istehsalçı tərəfindən müəyyənləşdirilmiş standart parametrləri dəyişdirmir, yəni olduğu kimi saxlayırlar.   2018-ci ildə "SonicWall" şirkəti tərəfindən aşkar edilmiş botnetlərin 46%-i ABŞ-ın IP ünvanlarına bağlıdır. Botnet hücumların 13%-i Çin, 7%-i isə Rusiya və Çinin payına düşür.   Haker hücumlarında əşyalar interneti qurğularının daha tez-tez hədəf seçilməsini digər informasiya təhlükəsizliyi şirkətləri də təsdiq edirlər. Məsələn, "Kasperski Laboratoriyası"nın məlumatına görə, 2018-ci ilin birinci yarısında "ağıllı" qurğulara hücum edən zərərverici proqram təminatının sayı 3 dəfə yüksəlib.