Mobil telefonların qlobal satış həcmi 1,9 milyard səviyyəsində qalacaq


Digərləri 29 Mar 2019 23:52:00 244 0

Mobil telefonların qlobal satış həcmi 1,9 milyard səviyyəsində qalacaq

Yeni mobil telefonlara tələbat azalır. "CCS Insight" tədqiqat şirkətinin proqnozuna görə, 2019-cu ildə təxminən 1,8 milyard aparat satılacaq ki, bu da 2018-ci ilin göstəricisindən 3 faiz daha azdır. Bu, mobil telefonlardan istifadə müddətinin artması, Çinin iqtisadiyyatının zəifləməsi, başqa böyük bazarlarda makroiqtisadi və siyasi qeyri-sabitlik ilə izah edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl analitiklər hesab edirdilər ki, 2022-ci ilədək mobil telefonların qlobal satış həcmi 2 milyarda yaxınlaşacaq, ancaq "CCS Insight" şirkətinin yeni proqnozuna görə, 2023-cü ilədək bu bazarın həcmi 1,9 milyard səviyyəsində saxlanılacaq.