Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir


Digərləri 29 Mar 2019 22:55:00 234 0

Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir

Çayın yaşıl, qara və ağ növləri var və onu düzgün qəbul etmədikdə faydasından çox zərəri olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir çox xəstəliklərin qarşısının alınmasında çay faydalı vasitəsidir. Ancaq çaydan düzgün istifadə ediləndə onun xeyrini görmək olar. Qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.

Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var. Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.