ABŞ Konqresində PuertoRikonun 51ci ştat hesab olunması barədə qanun layihəsi təqdim edilib


Dünya 29 Mar 2019 21:44:00 246 0

ABŞ Konqresində PuertoRikonun 51ci ştat hesab olunması barədə qanun layihəsi təqdim edilib

Martın 28-də hər iki partiyanı təmsil edən bir qrup konqresmen Puerto-Rikonun adada ərazi statusuna dair referendum keçirilmədən ABŞ-ın 51-ci ştatı hesab olunması barədə qanun layihəsi təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ada hökuməti Puerto-Rikonun statusuna dair iki dəfə (2012-ci və 2017-ci illərdə) referendum keçirib. Hər iki halda seçicilərin əksəriyyəti bu adanın 51-ci ştat olması təklifinin lehinə səs verib. Lakin adanın statusunun dəyişdirilməsi Konqres tərəfindən bəyənilməlidir. Buna görə hesab edilib ki, həmin referendumların nəticələri məcburi qüvvəyə malik deyil.

Adanın statusunun dəyişdirilməsi barədə qanun layihəsi Florida ştatından demokrat konqresmen, Puerto-rikalıların böyük icmasının yaşadığı Orlando dairəsini təmsil edən Darren Soto tərəfindən təqdim olunub. Prezident Donald Tramp daha əvvəl Puerto-Rikonun 51-ci ştat olması təklifi ilə əsla razı olmadığını bəyan edib.