Sənqəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)


Digərləri 29 Mar 2019 19:20:00 264 0

Sənqəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Sənqəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Bakı. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Sənqəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən Sanqaçal Elektrik stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib. Səyyar qəbuldan sonra işsizliklə bağlı səyyar qəbulda müraciət etmiş vətəndaşların müraciətləri Sanqaçal Elektrik stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri tərəfindən araşdırılmış və onlara müvafiq işlər təklif edib.