31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)


Digərləri 29 Mar 2019 18:24:00 205 0

31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Tədbirdə AzMİU-nun rektorluğu, professor-müəllimlər heyəti və tələbələr iştirak ediblər.

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə AzMİU-nun rektorluğu, professor-müəllimlər heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov açaraq qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən biri də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Prorektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.