Fatimə daha hind rəqsi etməyəcək


Şou-biznes 29 Mar 2019 17:54:00 386 0

Fatimə daha hind rəqsi etməyəcək

Rəqqasə Fatimə Fətəliyeva bir də hind rəqsi etməyəcək. 

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. Aparıcı Zaur Kamal Fatimədən hind rəqsi oynamasını istəyib. O, isə etirazını bildirib.  "Daha hind rəqsi olmayacaq. Heç vaxt. Dövlət tədbiri olar, Hindistandan qonaq gələr, dəvət olunaramsa, orada oynayaram. Hər bir gözəlliyin, şirinliyin bir məqamı olur. Dadı damaqda qalmalıdır" deyə, Fətəliyeva söyləyib.