Bu gün Nadirin oğlunun nişanıdır: "Qızın adı da..."


Şou-biznes 29 Mar 2019 17:04:00 293 0

Bu gün Nadirin oğlunun nişanıdır: "Qızın adı da..."

Müğənni Nadir Bayramlının ailəsində xeyir işdir.

Son.az lent.az-a istinadla xəbər verir ki, ifaçı "Hər şey daxil" verilişində bildirib ki, bu gün oğlu İmanın nişan mərasimidir: "Oğlumun ailə quracağı xanım uzaq qohumdur. Bu işdə övladımın üzərinə getməyi sevmirəm. Sadəcə təklif edirəm, seçimi özünə baxıram. Bu, ciddi işdir. Boşanmaq faciədir. Ona görə də mən ailə qurmaq işinə qarışmıram. Amma ata-ana razılığı, xeyir duası olmalıdır. Ailə quracağı xanımın adı da Güneldir".


Xəbərə aid fotolar