Azərbaycana saxta dərman gətirənlərin işi çətinləşir


Digərləri 29 Mar 2019 16:34:00 230 0

Azərbaycana saxta dərman gətirənlərin işi çətinləşir

Azərbaycanda keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışına qarşı mübarizə gücləndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 38-ci maddəsinə (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə) edilən dəyişikliyə əsasən, keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışı da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilən hallar sıyahısına daxil edilir.