Məşhur qrupun solisti vəfat etdi


Şou-biznes 29 Mar 2019 16:39:00 269 0

Məşhur qrupun solisti vəfat etdi

Britaniyalı musiqiçi Çarleri Rocer 56 yaşında vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, dünyaca məşhur "The Beat" qrupunun yaradıcısı olan Rocer uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Onun ölümü barədə "Facebook"da məlumat yayılıb. Bildirilir ki, müğənni 26 mart tarixində dünyasını dəyişib.