Azərbaycanda “kupça” yeni qayda ilə veriləcək


Digərləri 29 Mar 2019 13:06:00 188 0

Azərbaycanda “kupça” yeni qayda ilə veriləcək

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.

Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.