Sabahın havası: yağış, güclü külək


Digərləri 29 Mar 2019 12:57:00 198 0

Sabahın havası: yağış, güclü külək

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Bakı. Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.