Azərbaycanda artıq bu şəxslər də həbs ediləcək


Digərləri 29 Mar 2019 12:46:00 166 0

Azərbaycanda artıq bu şəxslər də həbs ediləcək

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir.

Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Bu zərər vurulmuş ziyanın 2 mislinədək cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.