Türkiyədə 1300 il yaşı olan Tövrat nüsxəsi müsadirə olunub


Digərləri 29 Mar 2019 07:55:00 231 0

Türkiyədə 1300 il yaşı olan Tövrat nüsxəsi müsadirə olunub

Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, polis əməkdaşları yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır.