İnsanın ruhu, Allahın ruhunun bir hissəsindəndirmi?


Digərləri 28 Mar 2019 23:10:00 214 0

İnsanın ruhu, Allahın ruhunun bir hissəsindəndirmi?

Qurani-Kərimin ayələri bizə xəbər verir ki, Allah Təala insanı xəlq edən zaman Öz ruhundan ona üfürmüşdür.

"Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün)səcdə halında üzü üstə düşün!". ("Hicr" 29).

Əlbəttə, bu ayədə işlənən üfürmək sözü - bir metaforadır. İnsan bədənində ruhun yaranmasına işarə edir. Yəni, həqiqətdə belə deyildir ki, ruh bir külək kimi insan bədəninə daxil olsun. Mümkün mənası budur ki, bədən ilə ruhun arasında rabitə yaradılmışdır.

Bəs Allah Öz ruhunun bir hissəsini insana vermişdir?

Belə deyildir ki, Allah Öz ruhunun bir hissəsini ayırsın və onu xəlq etdiyi məxluqlara versin. Çünki, Allahın varlığı cisim deyildir ki, hissələrə malik olsun. Həmçinin onun bir hissəsinin məhdud bir varlıqda yer alması da mümkünsüz bir iddiadır.

Son.az deyerler.org-a istinadən bildirir ki, burada məqsəd odur ki, Allah Təala Öz dəyərli məxluqu olan ruhu insan bədənində qərar vermişdir. Yəni, Allah ruhu da xəlq etmişdir və bu dəyərli məxluq olan ruh, bir çox istedadlara malik olan məxluqdur. Bu ruh elmə, istedadlara, təfəkkürə, ağıla, vicdana və s. malik olar. Ölüm ruhu aradan aparmaz, yalnız onun halını dəyişdirər.