Bu məhsulların üzərindən ƏDV götürülərsə...


Digərləri 28 Mar 2019 20:09:00 206 0

Bu məhsulların üzərindən ƏDV götürülərsə...

Nazirlər Kabinetindən (NK) ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları üzərindən əlavə dəyər vergisinin (ƏDV) götürülməsi ilə bağlı təklifə münasibət bildirilib.

Son.az Trend-ə istinadən bildirir ki, qeyd olunub ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib. Hesab olunur ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir.

Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub.