"Mən də Zeynəb Xanlarova kimi edəcəyəm"


Şou-biznes 28 Mar 2019 19:09:00 299 1

"Mən də Zeynəb Xanlarova kimi edəcəyəm"

Ebru Gündeşlə layihəmiz hələ qalıb. Türkiyədə menecerim var. Onunla birlikdə işlərimiz çoxdur. Ebru ilə də layihələrim Türkiyə yox, Azərbaycan üçündür. Planımız hansısa məşhur bəstəkarın mahnısını duet şəklində səsləndirməkdir.

Son.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Aygün Mahmudova deyib. Bu günlərdə Hollandiyada konsert verən sənətçi planlarından bəhs edib: "Hədəfim dünyada tanınmaqdır. Amsterdam da, Amerikada konsertlərim olacaq. Menecerimlə birlikdə dünyanın dörd bir yanında konsertlər verməyə hazırlaşırıq. Zeynəb Xanlarova necə bütün dünyada konsert verib, tanınır. Mən də onun kimi etməyi arzulayıram. Hamı elə bilir ki, Türkiyəyə köçmüşəm. Yox, Bakıdayam, işlərimi görürəm. Kənan tez-tez gedib-gəlməli olur, yollarda qalıb. Ona görə düşünürdüm ki, köçək ora. Amma hələ ki, Bakıdayıq".