Banqladeşdə 19 mərtəbəli binada yanğın


Dünya 28 Mar 2019 17:34:00 247 0

Banqladeşdə 19 mərtəbəli binada yanğın

Banqladeşin paytaxtı Dəkkədə 19 mərtəbəli binada yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 60-dan çox şəxs xəsarət alıb.

Yanğın baş verən binada çoxlu sayda insanın olduğu deyilir.

Alovun söndürülməsi üçün 20-yə yaxın briqada cəlb edilib. Xilasetmə işləri aparılır.