İranın bu vilayətində 300 körpü dağıldı


Digərləri 28 Mar 2019 17:17:00 251 0

İranın bu vilayətində 300 körpü dağıldı

İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb.

Bakı. Elnur Bağışov - İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb. Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayəti yol və yol nəqliyyatı idarəsinin baş direktoru Fəriborz Kərəmi deyib. F.Kərəminin sözlərinə görə, körpülərin dağılması vilayətə 1,8 trilyon rial (təxminən 42,8 milyon dollar) ziyan vurub.