Bakıda "telefonçu" oğru iş başında


Digərləri 28 Mar 2019 16:54:00 196 0

Bakıda "telefonçu" oğru iş başında

Son.az xəbər verir ki, sosial şəbəkərlərdə Bakının Yasamal rayonu ərazisində vaxtilə baş vermiş telefon oğurluğu hadisəsinin qeydə alınmış video kadrları yayılıb.

Kadrlardan görünür ki, bir nəfər gənc oğlan qulağında telefonla danışırmış kimi küçədə var-gəl edir. Hərəkət etdikcə də yolun kənarındakı avtomobillərin salonlarına nəzər yetirir.

Daha sonra çörək daşıyan avtomobildən qiyməti 670 manat olan mobil telefonu heç nə olmayıbmış kimi götürüb aradan çıxır. Son.az həmin kadrları təqdim edir.