Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib


Digərləri 28 Mar 2019 15:40:00 177 0

Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib

Bakı Ali Neft Məktəbinin (BANM) Azərbaycan Respublikası Nazirlər Kabinətinin qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" əsasında dövlət akkreditasiyası keçirilib.

Son.az xəbər verir ki, nəticə olaraq Ali Məktəb ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə edir.

BANM-ın Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları artıq 2022/2023-cü tədris ilinədək akkreditə olunmuş hesab olunur.